“Barselona“ futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək


“Barselona”nın futbolçuları məvaciblərinin azaldılmasına razılıq verməsə, rəhbərlik radikal qərarlar qəbul edəcək.

Artıq klub mükafat fondunu azaltmağı düşünür.

Komandanın oyunçuları isə rəhbərliyə “Real”ı nümunə göstərir. Çünki Madrid klubunun rəhbərliyi koronavirus pandemiyasına görə oyunçuların məvacibini azaltmayacaq. Ona görə, Kataloniya futbolçuları da maaşlarının əvvəlki səviyyədə qalmasını istəyirlər.

Klubun bəzi üzvləri bildirib ki, hazırda yaranan maliyyə problemlərinə görə günahkar rəhbərliyin özüdür.  /Trend

DİGƏR XƏBƏRLƏR

Top