Tailand kralı Alp dağlarında lüks oteldə, kənizləri ilə birlikdə özünü təcrid edib


Tailand kralı Maxa Vaçiralonqkorn koronavirus pandemiyası dövründə Avropada, Alp dağlarında gizlənməyə qərar verib.

Bu barədə Böyük Britaniyanın İndependent qəzeti məlumat yayıb. Qəzetin xəbərinə əsasən, kral Almaniyanın Bavariya əyalətinin Qarmiş-Partenkirxen kurortunda koronavirusdan qorunmağı düşünür.

67 yaşlı kral X Ramanın (onun krallıq adı belədir-red.) “nümayəndə heyətinə” 20 kəniz və çoxsaylı xidmətçilər daxildir. Almaniyanın “Bild” qəzeti kralın 4 qanuni arvadının da olduğunu xatırladıb.

Mətbuat Tailand dövlət başçısının dörd ulduzlu “Grand Hotel Sonnenbichl” otelinin bütün otaqlarını qeyri-müəyyən müddətə kirayəyə götürdyünü yazıb.

Qeyd etmək lazımdır ki, Qarmiş-Partenkirxen bölgəsində bütün otel və qonaq evləri koronavirusa görə bağlanıb və yalnız bu otel Tailand kralına görə istisna təşkil edib.

Lakin Almaniyada koronavirus təhlükəsinin artması ilə əlaqədar kralın yanında gələn 119 nəfər vətənə göndərilib.//musavat

DİGƏR XƏBƏRLƏR

Top