Mariya Zaxarova Londondan qaçan rusları tənqid etdi

“Vaxtilə milyonlar qoyub daşınmaz əmlak aldığınız, biznes qurduğunuz ölkələr indi sizə qapını göstərir”

Rusiya Xarici işlər nazirlyinin mətbuat katibi Mariya Zaxarova özünün “Facebook” səhifəsində koronavirus böhranının baş alıb getdiyi bu günlərdə dünyanın müxtəlif yerlərindən rusiyalılar tərəfindən gələn telefon zəngləri və xahişləri haqqında yazıb.

Diplomatın sözlərinə görə, ona hər kəs, tursistlərdən tutmuş, dövlət rəsmiləri və deputatlara qədər müraciət edirlər.

Mariya Zaxarova onlardan biri haqqında yazıb.

“Bu, olduqca varlı və Londonda qalan oğlu üçün şəxsi təyyarəsini göndərmək istəyən bir iş adamı idi. Onlar mənə dedilər ki, Böyük Britaniya hökuməti bütün tibb sığortasını sıfırlayıb, üstəlik koronavirus testləri üçün 450 funt pul istəyirlər. Cənablar, sizləri uzun illər boyunca öz pullarınızla aldadıblar. Siz isə tamahınıza aldanaraq, ölkənizi və xalqınızı dəstəkləmək yerinə, illüziya naminə qızıllar ödəmisiz. Halbuki bu xalq min bir məşəqqətlə, sevgi və səbirlə SSRİ dağıldıqdan sonra öz dövlətini bərpa edib. İndi vaxtilə daşnmaz əmlak aldığınız, biznes qurduğunuz ölkələr sizə qapını göstərir. Olduqca sərt və qeyri-emosional tərzdə, “ürəyinizə salmayın, bu, sadəcə biznesdir”,-deyərək...

İndi isə sizlər dünyanın müxtəlif hava limanlarında “Biz Rusiyanın vətəndaşlarıyıq”,-deyə bar-bar bağırırsınız. Neçə illər keçdikdən sonra Rusiya pasportunun üstündəki külü silib, əlinizdə fırladaraq “biz qanunla vətəndaşıq” deyə car çəkirsiniz.

Ona görə də gəlin hər şeyə əsasdan, yəni öz ölkənizə və onun xalqına hörmətdən başlayın!”,-deyə Maria Zaxarova statsunu bu sözlərlə bitirib.//musavat

DİGƏR XƏBƏRLƏR

Top