Dənizkənarı Bulvar İdarəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Yeniavaz.com İdarəyə istinadən xəbər verir ki, bu gündən bütün Bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib.
Onların yarısı insanları məsulyyətli olmağa çağıran “Evdə Qal!” xəbərdaredici bilbordlarıdır. Yarısında isə maarifləndirici məlumatlar əks olunub. Bu bilbordlarda koronavirusun ilkin simptomları barədə məlumat verilir.
Təlimatlar olan bilbordlar isə əsasən piyada keçidləri üzərində və avtobus dayancaqları istiqamətində yerləşdirilib. Vətəndaşlar dayanacaqda olarkən, ya da keçiddən keçmək istəyərkən məlumatları oxuya biləcəklər. Ümumilikdə Bulvarın ən birinci avtomobil girişindən ən sonuncu piyada keçidinə qədər bütün çıxışlarda və ya çıxışlararası ərazilərdə xəbərdaredici və ya təlimatlandırıcı olmaqla ümumilikdə 34 bilbord yerləşdirilib.3