Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkəti qadağan olunub? - DİN-dən AÇIQLAMA

“Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonu ərazisində avtomobillərin hərəkətində heç bir məhdudiyyət yoxdur”.  

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov oxu.az-a açıqlamasında Bakı və ətraf ərazilərdə avtomobillərin hərəkətinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.  

“Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur. Həmçinin buna görə, hər hansı cərimə də nəzərdə tutulmayıb. Ancaq yenə də tövsiyə edirik ki, şəhər əhalisi zərurət olmadığı halda öz minik vasitələrindən istifadə etməsinlər.  

Hazırda da Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu ərazisində fərdi avtomobillər sərbəst şəkildə hərəkət edir və buna görə kimisə cərimələməyiblər”, - deyə DİN rəsmisi bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top