Bu gün nə qədər dollar satıldığı AÇIQLANDI - RƏSMİ

 
10 günlük fasilədən sonar, bu gün – 29 mart tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 106,5 milyon dollar təşkil edib və tam təmin edililib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki - 19 mart 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan  137,2 milyon dollar və ya 2,3 dəfə az olub.
Onu da bildirək ki, Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə son 7 hərracda 1 milyard  564,7 milyon dollar valyuta satılıb.
10 mart – 323,2 milyon dollar
11 mart – 155 milyon dollar
12 mart – 220,8 milyon dollar
13 mart – 265,2 milyon dollar
17 mart – 250,3 milyon dollar
19 mart – 243,7 milyon dollar
29 mart – 106,5 milyon dollar
 
 

DİGƏR XƏBƏRLƏR

Top