Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı İşıl Reçber "Instagram"da yazıb.
Rüştüyü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirdik. Hər şey normal idi, birdən birə artan simptomlar bizi də şok etdi. Allah mənim dəyərli həyat yoldaşımla bərabər bütün xəstələrə şəfa versin. Ailəliklə verdiyimiz testlərdə mənim, qızımın və oğlumun analizləri neqativ, Rüştüdə isə pozitiv çıxdı", - deyə I.Reçber şəxsi profilində bildirib.