Rusiya koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində dövlət sərhədlərini bağlayacaq.
Bu barədə Rusiya Nazirlər Kabineti qərar verib.
Qərara əsasən martın 30-dan etibarən ölkənin sərhəd keçid məntəqələri (piyada, avtomobil, dəmiryolu) bağlanacaq.
Məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və həmçinin beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücülərə aid edilməyəcək.