Daha bir ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı


Yeni növ koronavirus səbəbilə daha bir ölkədə ölüm hadisəsi baş verib. 
Yeniavaz.com
xarici KİV istinadla xəbər verir ki, Şimali Kipr respublikasında COVİD-19 səbəbilə bir nəfər dünyasını dəyişib.
Ölən şəxsin koronavirusa görə müalicə edilən 67 yaşlı almaniyalı turist olduğu bildirilib.
Araşdırma vaxtı həmin şəxsdə yüksək təzyiq və xroniki obstruktiv ağciyər xəstəliklərinin olduğu ortaya çıxıb.
Qeyd edək ki, Şimali Kiprdə 61 nəfərin koronavirusa yoluxduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top