Avtomobil satışlarında böhran yaşanır - Rəqəmlər AÇIQLANDI


Yola saldığımız 2019-cu ildə dünyada 75 milyon ədəd avtomobil satılıb.
Yeniavaz.com avtomobil istehsalçılarının açıqladığı məlumatlara istinadən bildirir ki, 2018-ci illə müqayisədə avtomobil satışlarında ciddi azalma qeydə alınıb. Ötən il 2018-ci illə müqayisədə avtomobil satışları 3,9 milyon ədəd azalıb.
Məlumat üçün bildirək ki, 1990-1999-cu illər ərzində dünyada orta illik avtomobil satışı 39,2 milyon, 2000-2015-ci illər ərzində isə dünyada orta illik avtomobil satışı 54,9 milyon ədəd olduğu halda 2016-cı ildə dünyada 77,7 milyon, 2017-ci ildə isə 78,9 milyon ədəd avtomobil satılıb. Nəticədə 2017-ci ildə dünyada bügünə qədər qeydə alınan ən yüksək satış qeydə alınıb.
Avtomobil istehsalçılarının proqnozlarına görə, bu ilin sonuna kimi 74,1 milyon ədəd avtomobil satılacaq. Avtomobil satışlarının azalmasının əsas səbəbi kimi koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi böhran göstərilir. Daha əvvəl, dünyada avtomobil satışının 2019-cu ildə 80 milyona çatacağı təxmin edilirdi. Lakin, ötən il Çində təxmin edilən avtomobil satışları 21 milyon ədədə düşüb. Avtomobil istehsalçıları bu il üçün 74,1 milyon avtomobil satmağı planlaşdırsalarda, ehtimal olunur ki, ilin sonunda real satışlar daha az olacaq.

DİGƏR XƏBƏRLƏR

Top