Hər vətəndaşın qarşısına polis qoya bilmərik - TƏBİB


“Koronavirus pandemiyasının (COVID-19) mənbəyi xəstə insandır. Əgər xəstə insanla, yaxud onun istifadə etdiyi əşyadan istifadə etməsək, ya da bir ortamda olmasaq, xəstəliyə yoluxmaq riskini ciddi şəkildə azaldırıq”.

Bunları TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı deyib.

O bir daha xatırladıb ki, əşyalar üzərində virusun müəyyən yaşama müddəti var:

“Amma əsas problem və risk xəstə insanla yaxın təmasda olmaqdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Hər vətəndaşın qarşısına polis qoya bilmərik. Bu, heç fiziki cəhətdən də mümkün deyil. Ona görə də insanlar sosial məsuliyyət məsələsinə ciddi önəm verməlidir”.//Report

DİGƏR XƏBƏRLƏR

Top