İranda baş verən zəlzələ Azərbaycanda hiss edildi


İranda qeydə alınan zəlzələ Azərbaycanda hiss olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən martın 26-da, yerli vaxtla saat 22:41-də İran ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,3, dərinliyi 5 km olan zəlzələ Naxçıvan şəhərinin episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top