Türkiyədə koronovirusdan ölənlərin sayı 75-ə çatdı


Türkiyədə bu gün 16 nəfər koronovirusdan (COVİD-19) ölüb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də yazıb.

Nazir bildirib ki, son 24 saatda 7286 nəfərdən koronovirus şübhəsi ilə analiz götürülüb, onlardan 1196-nın nəticəsi pozitiv çıxıb. 

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 3629-a, virusdan ölənlərin sayısı ilə 75-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top