Bakıda sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini sındırırlar - FOTOLAR

Bakıdakı marşrut avtobuslarında əlləri dezinfeksiya etmək üçün qoyulan dispenserlər sərnişinlər tərəfindən yararsız vəziyyətə salınır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

M.Ağayev bildirib ki, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib:

“BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq”.


DİGƏR XƏBƏRLƏR

Top