Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Tvitter"də yazıb. Nazir bildirib ki, son 24 saat ərzində 5035 test aparılıb, onlardan 561-nin nəticəsi pozitiv çıxıb.
Ümumilikdə virusdan ölənlərin sayı 59-a, yoluxanların sayı isə 2433 nəfərə çatıb.