10 minə qədər vətəndaşımız müxtəlif ölkələrdən Azərbaycana gətirilib - Operativ Qərargah


Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Operativ Qərargahdan verilən məlumata görə, xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.

Bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10.000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilib.   

DİGƏR XƏBƏRLƏR

Top