Azərbaycanda koronavirusa yoluxanların və karantinə götürülənlərin sayı açıqlandı - SON RƏQƏMLƏR

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

Yeniavaz.com xəbər verir ki bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda əksini tapıb.

Onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

DİGƏR XƏBƏRLƏR

Top