Mingəçevirdə koronavirusla bağlı insanlarla maarifləndirici söhbət aparılıb - FOTO


Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdə əhali arasında  koronavirusla bağlı maarifləndirici söhbətlər aparıblar .
Yeniavaz.com xəbər verir ki, işçi qrupu əhalinin istirahət etdiyi parklarda ,həyətlərdə və digər əhalinin sıx toplaşdığı yerlərdə  gəzərək  yaşı 65-dən yuxarı olan şəxslələrlə ,insanların  bir –biri ilə ara məsafəsinin saxlanması, tibbi proflaktiki qaydalara əməl etmələri ilə bağlı maarifləndirici söhbətlər ediblər. Prezident İlham Əliyevin tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığını, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyini söyləyiblər. Onlara  koronavirus nədir, bu virusun yoluxma yolları, törədicisi, simptomları, virusa qarşı həyata keçirilən profilaktik tədbirlər, xəstəliyin müalicəsi və vaksin haqqında geniş məlumat veriblər.

Esmira Hidayətova,Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top