İtaliyada COVİD-19-a yoluxan ilk xəstə bir ay sonra evə buraxıldı


İtaliyada yeni növ koronavirusdan sağalan şəxs evə buraxılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyada yerli əhali içərisində ilk dəfə koronavirusa yoluxan Mattia adlı qadın sağalaraq evə buraxılıb. Xəstəxanada təxminən 1 ay müalicə edilən qadın 18 gün reanimasiyada qaldıqdan sonra səhhətində irəliləyişlərin olduğunu bildirib: "Normal nəfəs almağa başlayanda çox sevindim. Hər kəsə ehtiyatlı olmalarını və evdən çıxmamalarını tövsiyə edirəm". 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top