Sahibkarların fəaliyyətini ağırlaşdıran qayda və qanunların bu tarixdə qüvvəyə minməsi təklif edilib


Azərbaycanda sahibkarların fəaliyyətini ağırlaşdıran qaydalar və qanunların 1 il sonra qüvvəyə minməsi təklif edilir.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri müəyyən edən dəyişikliklər qəbul edilərkən, onların 1 il sonra qüvvəyə minməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsinə nail olmaq barədə öhdəlik götürüblər.
 

DİGƏR XƏBƏRLƏR

Top