Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu


Harvard Universitetinin prezidenti Lourens Bekou və onun həyat yoldaşı koronavirusa yoluxub.

Bu barədə təhsil müəssisəsinin saytında dərc olunan bəyanatında deyilir. Aparılan müayinələr zamanı onların hər ikisində koronavirus aşkar edilib.

Universitet prezidenti qeyd edib ki, nə özü, nə də həyat yoldaşı Adel necə yoluxduğunu bilmirlər.

Xatırladaq ki, bu ayın əvvəlində Harvard Universitetinin tələbələri koronavirus səbəbindən distant təhsilə keçiblər.//Report

DİGƏR XƏBƏRLƏR

Top