Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq


Azərbaycanda uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddət uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanacaq.
Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqəsdilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi barədə öhdəlik götürüblər.

Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət də artırılacaq. Sazişə əsasən, tərəflər üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə öhdəlik götürüblər. Eyni zamanda “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.//APA
 

DİGƏR XƏBƏRLƏR

Top