Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salındı - RƏSMİ


Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.
Qurum yarışın təşkilatçıları ilə müzakirələrdən sonra belə addımın zəruri olması qənaətinə gəlib. Müzakirələr zamanı koronavirus pandemiyasının bütün dünyada yayılması üzündən Olimpiadanın təşkilinin mümkünsüzlüyü nəzərə alınıb. Oyunlar bir il sonra – 2021-ci ilə qədər təxirə salınıb.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

DİGƏR XƏBƏRLƏR

Top