Bakıdan 51 nəfər Qazaxıstana yola salınıb - Səfirlik


Martın 18-dən 22-nə qədər olan dövrdə Qazaxıstanın Bakıdakı səfirliyinin köməyi və iki dövlət strukturunun qarşılıqlı fəaliyyəti nəticəsində 51 Qazaxıstan vətəndaşı vətənlərinə qayıdıb.

Bu barədə Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, 19 və 22 mart tarixlərində Bakı limanından  bərə ilə 41 nəfər, Bakı-Moskva-Qazaxıstan aviareysi ilə isə 10 nəfər Qazaxıstana yola salınıb. Bu gün isə daha 13 Qazaxıstan vətəndaşı Bakı limanından bərə ilə Aktau limanına yola salınacaq. (apa)

DİGƏR XƏBƏRLƏR

Top