İranda koronavirusdan ölənlərin sayı 2 minə yaxınlaşır


İranda COVID-19 virusuna yoluxanların sayı 23049-a çatıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü deyib.

Nazirlik rəsmisi bildirib ki, son sutka ərzində koronavirusa yoluxmuş 127 nəfər vəfat edib və ümumilikdə ölkədə ölənlərin sayı 1812-yə çatıb. Son 24 saat ərzində 1411 nəfər koronavirusa yoluxub. Bu günədək sağalanların sayı isə 8376 nəfərdir.
(apa)

DİGƏR XƏBƏRLƏR

Top