Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri kartla ödəmək imkanı yaradılıb


Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə ayrı-ayrı qurumlarla yanaşı, fərdi qaydada vətəndaşlardan da dəstək gəlir.
 Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında fiziki şəxslər də var. Yardımlar Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün açılmış bank hesabına köçürülür.
Fonda yardım etmək istəyən şəxslərin bundan ötrü bank filiallarına gəlmək ehtiyacını aradan qaldırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankı “Həmrəy ol, qalib gələk”  devizi altında köçürmələri onlayn qaydada aparmaq imkanı da yaradıb. Belə ki, vətəndaşlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrini bu link üzərindən istənilən yerli bankın ödəniş kartları vasitəsilə həyata keçirə bilərlər.
 
Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top