İstanbul Hava limanında qalan azərbaycanlı tələbələr otellərə yerləşdirilib


​"Azərbaycanlı tələbələr Diasporanın köməkliyi ilə hotellərə yerləşdirilib".

Yeniavaz.com xəbər verir ki, bunu İstanbuldakı azərbaycanlı tələbələrdən biri sosial şəbəkədə paylaşıb. O bildirib ki, tələbələrin ümumi sayı 40 nəfərdir: "Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Hava limanında olan tələbələrimiz avtobuslarla onlar üçün nəzərdə tutulmuş otellərdə yerləşdirildilər. Bəzi tələbələr airportda qalmaq istədilər. Saatlarla danışdım amma inadkarlıq etdilər və orda təyyarə gözləyirlər". 

DİGƏR XƏBƏRLƏR

Top