Bakının Səbail rayonu ərazisində, Jurnalistlərin binasının yaxınlığında su xətti partlayıb və nəticədə yol çöküb.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi açıqlamaya görə, Səbael rayonunda Elçin Əzizov küçəsini su ilə təmin edən su xəttində sızma baş verib. Bu səbəbdən torpaqda çökmə əmələ gəlib. “Azərsu”nun briqadası əraziyə cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.