
Bu ilin yanvar-fevral ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3% artıb.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddətdə neft məhsullarından sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3%, avtomobil benzininin istehsalı 15,1%, dizel yanacağının istehsalı 9,5% artıb, neft koksunun istehsalı 1,2%, ağ neftin istehsalı 3,3%, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
| Məhsul növləri | 2020-ci ilin yanvar-fevraı aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
| Avtomobil benzini, min ton | 230,0 | 115,1 |
| Neft-kimya sənayesində istifadə üçün benzin, min ton | 44,1 | 82,1 |
| Ağ neft, min ton | 100,1 | 96,7 |
| Dizel yanacağı, min ton | 371,8 | 109,5 |
| Yanacaq mazutu, min ton | 19,9 | 2,1 d. |
| Sürtkü yağları, min ton | 5,3 | 2,2 d. |
| Neft bitumu, min ton | 30,2 | 124,3 |
| Neft koksu, min ton | 39,5 | 98,8 |
Tətbiqimizi yükləyə bilərsiniz