Fransalı həkimlər koronavirusun təhlükəli əlamətindən danışdı: "Danışa-danışa gəlirlər ancaq iki saat sonra..."


Fransalı həkimlər koronavirusla bağlı yeni açıqlama yayıblar.

Yeniavaz.com "haberler.com"a istinadla xəbər verir ki, fransalı həkimlər bütün dünyaya yayılan yeni növ koronavirusun təhlükəli əlamətlərindən məlumat veriblər. Onlar bildirib ki, COVİD-19 insanların təxmin edə bilməyəcəyi qədər təhlükəli virusdur: "Koronavirus daşıyıcıları xəstəxanaya danışa-danışa gəlirlər ancaq 2 saat sonra boğulmağa başlayırlar. Xəstələrin 35 faizi süni nəfəs cihazlarına qoşulub. İnsanlara evdən çıxmamağı məsləhət görürük". Qeyd edək ki, bugünə qədər yeni növ koronavirusdan 14 min 611 nəfər dünyasını dəyişib. Ümumi yoluxma sayısı isə 335 mini aşıb.
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top