Azərbaycanda bu muzeyi virtual gəzmək mümkün olacaq - VİDEO


Bu muzeyə getmədən də oradakı eksponatları, qədim əşyaları izləmək mümkün olacaq.

Söhbət Mingəçevirdə yerləşən Tarix müzeyindən gedir. Bərdə Regional Mədəniyyət idarəsi Mingəçevir şəhər Tarix muzeyinin kollektivi yeni bir lahiyəyə imza atıb. Belə ki, dünyanı cənginə alan koronovirusla mübarizə tədbirləri çərçivəsində respublikada fəaliyyət göstərən müzeylər müvəqqəti olaraq bağlanıb. Muzeyə baxmaq istəyən çox saylı tamaşaçıların istəyi nəzərə alınaraq muzey ekspozisiyasının elektron formada ekskursiyası təşkil edilib. Hər kəs evdən çölə çıxmadan “facebook” vasitəsi ilə muzeyi ekskursiya edə biləcək
Muzeyi virtual səyahət edərkən oradakı bələdçilər izləyiciləri qədim dövrdən müasir dövrə qədər tam məlumatlandırırlar. Həmçinin görüntülərlə muzeyin bütün əşyalarını izləmək mümkün olur.
Muzeyin direktoru Yeniavaz.com-a bildirib ki, ölkədə ilk dəfə Mingəçevir Tarix muzeyində gerçəkləşən bu təşəbbüsün digər muzeylərdə yaradılması mümkün ola bilər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top