Mingəçevirdə dezinfeksiya işləri - VİDEO/FOTO


Mingəçevir şəhər İcra Hakimiyyəti tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirir.

İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən məlumata əsasən  məqsəd koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir. 

Bu gün səhər saatlarından başlayaraq yüksək tonajlı maşınlarla prospektlərdə, şəhərdəki yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin Heydər Əliyev Mərkəzi, şəhərin məktəbəqədər və orta təhsil,ali təhsil müəssisələri, kitabxanalar, Mərkəzi Bazar, Avtovağzal, ictimai iaşə və ticarət obyektləri,  bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır.

İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq bu işlər davamlı şəkildə həyata keçiriləcək.

Mingəçevir Dezinfeksiya stansiyasının şöbə müdiri Zahid Məmmədov bildirib ki, görülən bütün işlər müvafiq kimyəvi preparatlarla aparılır. 


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top