Türkiyədə koronavirusdan ölənlərin necə dəfn ediləcəyi AÇIQLANDI


Türkiyədə COVİD-19-dan vəfat edən şəxslərin necə dəfn ediləcəyi açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin infeksionist həkimi Ümid Savaşçı məlumat verib.
O qeyd edib ki, koronavirusdan vəfat edənlərin nəşləri xüsusi tabletlərin istifadə edildiyi su ilə yuyulur və sosial məsafə qorunaraq dəfn edilir. 
Həkim həmçinin yas mərasimərinin də ləğv edildiyini xatırladıb. Amma vəfat edən şəxsin yaxınları sosial məsafəni qoruyaraq dəfndə iştirak edə biləcəklərini bildirib.
Bundan əlavə qeyd edilib ki, COVİD-19-dan vəfat edənlər başqa yerdə dəfn edilmir, ailə qəbirstanlğında torpağa tapşırılır.
Qeyd edək ki, Türkiyədə də cənazə mərasimləri qadağan edilib. Ölkədə koronavirusdan ölənlərin sayı 20-ni ötüb.

DİGƏR XƏBƏRLƏR

Top