
İtaliya futbolunun canlı əfsanəsi, hazırda “Milan”ın texniki direktoru vəzifəsində çalışan Paolo Maldini və komandada çıxış edən oğlu Deniel Maldini koronavirusa yoluxublar.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ata və oğulun testlərinin müsbət çıxdığı açıqlanıb.
Qeyd edək ki, Daniel, "Milan"ın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayır və bu mövsümün əvvəlində debüt edib.
Tətbiqimizi yükləyə bilərsiniz