Türkiyədə yaşı 65-dən yuxarı olanların küçəyə çıxmasına qadağa qoyuldu


Türkiyədə yaşı 65-dən yuxarı şəxslərin çölə çıxmasına məhdudiyyət qoyuldu.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi qərar qəbul edib. 

Qərara əsasən, 22 martdan etibarən yaşı 65-dən yuxarı olanların və xroniki xəstəliyi olan şəxslərin çölə çıxmalarına, park və bağça kimi açıq yerlərdə gəzmələrinə məhdudiyyət qoyulur. 

Məhdudiyyət qoyulan insanların ehtiyaclarının qarşılanması üçün "Vəfa Sosyal Dəstək Qrupu" qurulacaq. 

DİGƏR XƏBƏRLƏR

Top