Gürcüstanda ölən Azərbaycan vətəndaşının cənazəsi vətənə gətirilib


Ötən gün Gürcüstanın Marneuli rayonunda ölən Azərbaycan vətəndaşı, 24 yaşlı Elvin Sarıyevin cənazəsi vətənə gətirilib.

Yeniavaz.com "Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, cənazənin qısa zamanda yaxınlarına təhvil verilməsi prosesinə Marneuli rayonunun icra hakimiyyəti dəstək göstərib.

Aparılan ekspertiza azərbaycanlı gəncin dəm qazından boğularaq dünyasını dəyişdiyini təsdiqləyib.

Qeyd edək ki, Ağstafa rayon sakini olan E.Sarıyev Marneulidə işləyirmiş. Onun meyiti kirayədə qaldığı mənzildə tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top