Azərbaycanda hepatitdən əziyyət çəkən professor vəfat etdi - FOTO

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Azərbaycan dilçiliyi kafedrasının professoru Nəbi Əsgərov vəfat edib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, professor bu gün uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.

N.Əsgərov qaraciyər serrozundan əziyyət çəkirmiş.

Qeyd edək ki, Nəbi Ələsgər oğlu Əsgərov 1956-cı il yanvar ayının 24-də anadan olub.

O, 1999-cu ildə Azərbaycanda keçirilən ilk bələdiyyə seçkilərində iştirak edib və Xətai rayon Xətai bələdiyyəsinin sədri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top