Türkiyənin idman klubu “Fənərbaxça”nın basketbol komandasının bəzi üzvlərində koronavirusa yoluxma halları aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat verilib. Bildirilib ki, bütün komanda heyəti hazırda xəstəxanadadır və analizlər tamamlandıqdan sonar bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.