Sabah 18 dərəcə isti olacaq - ÖNCƏGÖRMƏ

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, səhər saatlarında zəif duman olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq. 

Martın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

DİGƏR XƏBƏRLƏR

Top