“The Safe Hands challenge” (#SafeHands) kampaniyası davam edir.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdən estafeti qəbul edən BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai kampaniyada iştirak edib.
Sonda Q.İshaqzai estafeti İqtisadiyyat naziri Mikayıl Cabbarova ötürdüyünü bildirib.
Qeyd edək ki, kampaniya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən insanları koronavirusdan qorumaq üçün hazırlanıb.