Adı Romandır, FSB-də işləyib, prezidentin qohumudur - Rusiya siyasətinə yeni Putin gəlir - FOTO


Rusiya prezidenti Vladimir Putinin yaxın qohumunun siyasətə başlayacağı bildirilib.
Yeniavaz.com
“reuters”ə istinadla xəbər verir ki, Rusiyanın “kommersant” qəzeti prezident Vladimir Putinin yaxın qohumu Roman Putinin yeni partiya ilə gələn il parlament seçkilərinə qatılacağını bildirib. Bununla, parlamentdə lazım gəldikdə ölkə prezidentinə dəstək verəcəyi təxmin edilir. Roman Putin isə açıqlamasında belə deyib: “ABŞ-ın keçmiş prezidenti Corc Buşun yanında yaxın qohumlarından kifayət qədər çox insan vardı. Mənim də siyasətə başlamağımda problem olmamalıdır. Ancaq mən müxalif də ola bilərəm”. Qeyd edək ki, Roman Putin 42 yaşındadır. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin keçmiş işçisidir. Rusiya prezidenti Vladimir Putinin yaxın qohumudur.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top