Yüzlərlə azərbaycanlı 5 gündür İstanbul hava limanında qalıb - VİDEO


İstanbul hava limanında 600-dən çox azərbaycanlı Türkiyədə çıxılmaz vəziyyətdədir.
Yeniavaz.com
-un redaksiyasına göndərilmiş və İstanbul Hava Limanında lentə alınan videolarda tələbələrin gözləməsini əks etdirən kadrlar var. Bildirilir ki, onlar son 5 gündür bu hava limanına gözləməkdədirlər. Kadrlarda həmçinin tələbələrin “Bir millət, iki dövlət”, “Cahangir istefa” kimi şüarlar səsləndirdiyini də görmək mümkündür.
Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, “AZAL” Türkiyədəki həmvətənlərimizi ölkəyə gətirmək üçün, qardaş ölkəyə çarter reyslərin təşkil olunacağını açıqlasa da, yüzlərlə həmyerlimiz Azərbaycana qayıda bilmir.

DİGƏR XƏBƏRLƏR

Top