"Son 24 saatda virus şübhəsilə 3656 nəfərdən analiz alınıb, onlardan 311-nin nəticələri pozitiv çıxıb. Koronaviruslu xəstə sayımız 670-ə çatıb".
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında yazıb.
Nazirin sözlərinə görə, yaşlı və zəif 5 xəstə həyatını itirib: "Ümumilikdə artıq 9 nəfər itkimiz var. Ölənlərin hamısı yaşlılardı. Yaşlılarımızı qoruyaq. Mübarizəmizdə bir an belə böşluq olmasın".