PKK terror təşkilatının qadın bölməsinin rəhbəri məhv edilib


PKK terror təşkilatının qadın bölməsinin rəhbəri olan təhlükəli terrorçu Qəndil dağlarında məhv edilib.

Ayten Amed ləqəbli terrorçu Halide Tarı Türkiyə Silahlı Qüvvələri ilə Milli Təhlükəsizlik Təşkilatının İraqın şimalında keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib. Bildirilir ki, 1990-cı illərdən PKK sıralarına daxil olan bu qadın təhlükəli terrorçu kimi çoxistiqamətli fəaliyyət göstərib. O, PKK-nın aparıcı simaları ilə daim təmasda olub, terror təşkilatının mühüm tapşırıqlarını icra edib.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top