Goranboyda kürəkən qaynananı bıçaqladı


Goranboy rayonunda bıçaqlanma hadisəsi baş vverib.

Yeniavaz.com xəbər verir ki, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Leyla İsgəndər qızı İsgəndərova ailədaxili münaqişə zəminində kürəkəni, 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynov tərəfindən bıçaqlanıb.

Dörd bıçaq xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Goranboy.

DİGƏR XƏBƏRLƏR

Top