Bakıya qanunsuz sərnişin daşıyanlar saxlanıldı - VİDEO

Sumqayıt şəhərindən Bakı və Abşeron rayonuna qanunsuz fəaliyyət göstərən, dezinfeksiya olunmayan marşrutlarla bağlı reyd keçirilib.

Yeniavaz.com Baku TV-yə istinadən xəbər verir ki, reyd Sumqayıt şəhərinin Sülh prospektində, 17-ci mikrorayon və digər ərazilərdə aparılıb. 

Qanunsuz sərnişin daşıyan avtobuslar, həmçinin, dezinfeksiya olunmayan nəqliyyat vasitələri saxlanılıb. Sərnişinlərə yalnız avtovağzallardan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunub.

Reydlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur. 

DİGƏR XƏBƏRLƏR

Top