Çin hökuməti ölən həkimin ailəsindən üzr istədi - Koronavirus barədə ilk dəfə o məlumat vermişdi


Çinin Uhan şəhərində koronavirus barəsində ilk dəfə məlumat verən və buna görə "dedi-qodu yaymaq" ittihamı ilə istintaqa cəlb olunan, daha sonar da koronavirus səbəbindən həytını itirən həkim Li Venlianqin ailəsindən üzr istənilib.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, 2019-cu ilin dekabr ayında COVİD-19 epidemiyası barədə sosial şəbəkələrdə məlumat yaydıqları üçün Çin polisi aralarında Li Venlianqın da olduğu 8 həkim barəsində cinayət işi açıb. Polis tərəfindən xəbərdarlıq olunan Li Venlianq bu ilin fevral ayının 6-da  yoluxduğu virus səbəbindən ölüb.
Çin dövləti Li Venlianq haqqında istintaq aparan 2 polis işçisini intizam məsuliyyətinə cəlb edərək həkimin ailəsindən rəsmi şəkldə üzr istəyib.
  
 

DİGƏR XƏBƏRLƏR

Top