Bu avtomobil sahibləri 600 manat cərimələnəcək - AÇIQLAMA

“Ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti yolların dağılmasına, tez sıradan çıxmasına səbəb olur”.

Yeniavaz.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib. 

Onun sözlərinə görə, nəqliyyat vasitələrində artıq yük daşınması istifadəsi 30 illiyə hesablanmış yolların qısa müddətdə yararsız hala düşməsinə gətirib çıxarır:

“Məsələn, Bakı-Rusiya sərhədində avtomobil və digər yollarda bu kimi hallar baş verdi. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollarda normadan artıq yüklə hərəkət edən avtomobillərin qarşısını almaq üçün birlikdə çalışmalıdır. 

Yeni tərəzi nəzarət məntəqələri yaradılmalıdır. Bununla da yük avtomobillərinin hərəkətinə nəzarət etmək mümkün olacaq. Bu zaman üstü bağlı və nəzərdə tutulmuş tonnajı göstərilməklə artıq çəkidə yük olmayacaq”.

Ekspert bildirib ki, yük daşıyan avtomobil sahibləri qaydalara əməl etməsələr, onlar 600 manat məbləğində cərimələnəcəklər:

“Yükdaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər maşını yükləyən zaman normanı müəyyənləşdirməlidirlər. Bütün stasionar postlarda yolların tərəzi məntəqələrində ciddi nəzarət olmalıdır. Qanun qarşısında hamı bərabər olmalıdır. Hansısa məmurun şirkətinin maşınları artıq yük vuraraq yolları yararsız hala salmamalıdır”.

“Gələcəkdə yükdaşımaların həcmini digər nəqliyyat sektorlarına yönləndirmək lazımdır. Dəmiryol nəqliyyatı hazırda genişlənməkdədir. Ölkə ərazisində yükdaşımaların 80-90 faizi avtomobil nəqliyyatı sektorunun üzərinə düşür, tədricən yükdaşımaları dəmiryol vasitəsilə də aparılsa, yollar yararsız vəziyyətə düşməz”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə həddən artıq yüklənən nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılır, artıq yük maşından boşaldılır və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıq edilir.

DİGƏR XƏBƏRLƏR

Top