Həbs edilən icra başçısının kadrı işdən çıxarıldı


Goranboy Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Bu barədə icra başçısı Məhərrəm Quliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Elçin Şəmil oğlu İsmayılov dövlət qulluğuna xitam verilərək, tutduğu vəzifədən azad edilib.
Onun vəzifəsi vakant olaraq qeyd edilib. 
Qeyd edək ki, E.İsmayılov uzun müddət rayonun icra başçısı olmuş Nizaməddin Quliyevin dövründə də müavin vəzifəsində də çalışıb.
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs edilib.
Daha sonra o, ölkə başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top