Rayondan gəlib geri qaytarılan maşınların sayı AÇIQLANDI


Məlum olduğu kimi, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində martın 19-dan 29-dək rayon qeydiyyatı olan avtomobillər və şəxslərin Bakıya girişinə qadağa qoyulub.

Yeniavaz.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev qafqazinfo-ya açıqlamasında paytaxta girişinə qadağa tətbiq edilərək geri qaytarılan avtomobillərin statistikasını açıqlayıb.
Martın 19-u saat 20 radələrindən martın 20-si saat 08 radələrinədək olan müddətdə 976 avtomobilin şəhərə girişinə qadağa qoyulub. Onlardan 615-i Qaradağ postundan, 263-ü Şamaxı yolundan, 98-i Quba yolunda müvafiq postlarda yoxlanılaraq geri qaytarılıb. 43 avtomobil isə Tağıyev qəsəbəsindən keçərək başqa rayona getdiyi üçün istiqaməti dəyişdirilib.
K. Əliyev bildirib ki, qadağanın icrasına başlanılandan bəri ümumilikdə, 2000-dən çox avtomobilin Bakıya girişinə qadağa qoyularaq geri qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top